Jun 08 2020 11:02
Elshad Aliyev
Views: 68

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib.

Bununla da Gürcüstanda virusa yoluxanların sayı 810 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 2915 nəfər karantində saxlanılır, 237 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 683 nəfər sağalıb, 13 nəfər isə vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


Create Account



Log In Your Account