Jun 11 2020 16:00
Elshad Aliyev
Views: 145

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) daha 3 yoluxma halı qeydə alınıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 831 nəfərə çatıb. 

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 3213 nəfər karantində saxlanılır, 303 nəfər isə stasionar şəraitdə müalicə olunur. 


Create Account



Log In Your Account