Jun 13 2020 11:15
Elshad Aliyev
Views: 273

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) daha 8 yoluxma halı qeydə alınıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərşivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da ölkədə qonşu ölkədə koronavirusa yoluxanların sayı 851 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 3026 nəfər karantində saxlanılır, 297 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 702 nəfər sağalıb, 13 nəfər isə dünyasını dəyişib.


Create Account



Log In Your Account