Jun 22 2020 09:47
Elshad Aliyev
Views: 67

Gürcüstanda son bir sutka ərzində  yeni növ koronavirusa (COVID-19) 2 yoluxma halı qeydə alınıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərşivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 908 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 2710 nəfər karantində saxlanılır, 269 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 761 nəfər sağalıb, 14 nəfər isə dünyasını dəyişib.


Create Account



Log In Your Account