Jun 26 2020 10:48
Elshad Aliyev
Views: 86

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 yoluxma halı qeydə alınıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 919 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 2687 nəfər karantində saxlanılır, 258 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 780 nəfər sağalıb, 14 nəfər isə ölüb.


Create Account



Log In Your Account