Jun 30 2020 10:39
Elshad Aliyev
Views: 68

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 928 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusla əlaqədar 2 809 nəfər karantində saxlanılır, 229 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 794 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.


Create Account



Log In Your Account