Jul 06 2020 10:37
Elshad Aliyev
Views: 46

Gürcüstanda son bir sutka ərzində  yeni növ koronavirusa (COVID-19) 2 yoluxma halı qeydə alınıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 953 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3828 nəfər karantində saxlanılır, 192 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 830 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.


Create Account



Log In Your Account