Jul 07 2020 10:57
Elshad Aliyev
Views: 66

Gürcüstanda son bir sutka ərzində  yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 958 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 3903

nəfər karantində saxlanılır, 202 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 838 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.


Create Account



Log In Your Account