May 30 2020 12:33
Elshad Aliyev
Views: 167

Gürcüstanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyətin və karantin rejiminin ləğvindən sonra koronavirusa yoluxma halları yenidən artıb. Son 24 saat ərzində 11 nəfərdə koronavirus aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, hazırda ölkədə COVID-19 virusuna yoluxanların sayı 757 nəfərdir. Son sutka ərzində koronavirusdan 24 nəfər sağalaraq evə buraxılıb. Bu günədək virusdan sağalanların sayı 600 nəfərə çatıb. Gürcüstanda 12 nəfər koronavirusun qurbanı olub. Hazırda 2966 nəfər karantin, 250 nəfər isə stasionar rejimdə saxlanılır.


Create Account



Log In Your Account