Mar 16 2020 11:10
Elshad Aliyev
Views: 41

Gürcüstanda koronavirusa yoluxmuş ilk xəstə sağalıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan İnfeksion Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib. Onun sözlərinə görə, həmin şəxsdən ikinci dəfə analizlər götürülüb və cavab mənfi olub. 

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı  fevralın 26-da İranın Qum şəhərindən Azərbaycan vasitəsi ilə Gürcüstana qayıtmış 50 yaşlı etnik azərbaycanlı kişidə təsdiqlənib.


Create Account



Log In Your Account