May 11 2020 14:26
Elshad Aliyev
Views: 193

Gürcüstanda daha bir nəfər yeni növ koronavirus infeksiyasından ölüb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-dan ölənlərin sayı 11 nəfərə çatıb. 

Qeyd edək ki, Gürcüstanda təsdiqlənmiş yoluxma hallarının sayı 638-ə çatıb. Yoluxanlardan 317 nəfərin sağaldığı bildirilir. 


Create Account



Log In Your Account