Apr 02 2020 14:35
Elshad Aliyev
Views: 65

Aprel ayının ikinci yarısında Gürcüstanda koronavirus infeksiyasının pik həddə çatması gözlənilir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Ekaterine Tikaradze bildirib.

Onun sözlərinə görə, ölkədə virusun yayılmasını nəzarətdə saxlamaq mümkündür.

Qeyd edək ki, hazırda Gürcüstanda 130 nəfərin koronavirusa yoluxması təsdiqlənib, onlardan 26-nın sağaldığı bildirilir.


Create Account



Log In Your Account