Mar 17 2020 16:38
Elshad Aliyev
Views: 99

Martın 18-dən etibarən Gürcüstanda marşrut mikroavtobuslarla sərnişin daşınması qadağan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazir Giorgi Qaxariya martın 17-də keçirdiyi brifinqdə bildirib.

Qeyd edilib ki, bununla bağlı qərar Gürcüstanda koronavirusla əlaqədar yaradılmış Qurumlararası Koordinasiya Şurasında tərəfindən qəbul olunub.

Baş Nazir deyib: “Bu gün biz faktiki olaraq COVİD-19 virusunun qarşısının alınması mərhələsindən onun yayılması mərhələsinə keçirik. Koronavirusa yoluxanların sayı artmaqdadır. Marşrut mikroavtobusları virusun yayılması üçün böyük risk yaradır. Odur ki, bu cür mikroavtobuslarla sərnişin daşınması qadağan edilib”.

Onun sözlərinə görə, sərnişinlər yalnız Tbilisi meriyasının ayırdığı nəqliyyat vasitələri, avtobuslar və metro ilə daşınacaqlar.

“Bu nəqliyyat vasitələrində də hər gün dezinfeksiya işləri aparılacaq”, - deyə Baş Nazir əlavə edib.


Create Account



Log In Your Account