Mar 30 2021 10:10
Elshad Aliyev
Views: 142

Gürcüstanda yeni növ koronavirus (COVID-19) əleyhinə “Pfizer” vaksini ilə peyvəndləməyə başlanılıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu mərhələdə peyvənddən səhiyyə sektoru işçilərinin və yaşı 65-dən çox olan vətəndaşların vaksinasiyasında istifadə edilir. Saxlanma şəraitinin mürəkkəbliyi ilə əlaqədar vaksini ölkə ərazisində yalnız üç şəhərdə - Tbilisi, Kutaisi və Batumidəki ümumilikdə 6 klinikada tətbiq etmək mümkündür. 

Qeyd edək ki, təxminən 30 min dozadan ibarət “Pfizer” vaksininin ilk partiyası COVAX platforması tərəfindən Gürcüstana martın 23-də çatdırılıb. Qonşu ölkədə martın 15-də başlanılan vaksinasiya çərçivəsində “Pfizer”lə yanaşı “AstraZeneca” vaksinindən istifadə edilir.


Create Account



Log In Your Account