Aug 14 2020 12:00
Elshad Aliyev
Views: 66

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 23 yoluxma halı qeydə alınıb.

APA-nın “1tv.ge” saytına istinadən verdiyi xəbərə görə, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 306 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7 635 nəfər karantində saxlanılır.

Koronavirusa yoluxanlardan 17 nəfərin isə vəfat etdiyi bildirilir.


Create Account



Log In Your Account