Jun 26 2021 11:36
Elshad Aliyev
Views: 2597

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 754 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 362 937, ölənlərin sayı isə 5 255 nəfərə çatıb. Virusa yoluxanlardan 348 705 nəfərin sağaldığı bildirilir.


Create Account



Log In Your Account