May 04 2020 11:37
Elshad Aliyev
Views: 59

Gürcüstanın Batumi və Kutaisi şəhərlərində koronavirus pandemiyası ilə əlaqədar sərbəst hərəkətə qoyulan məhdudiyyət mayın 5-dən götürüləcək. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria bildirib. O qeyd edib ki, Tbilisi və Rustavi şəhərlərində tətbiq edilən məhdudiyyətlər həftə sonunadək qüvvədə qalacaq.

"Tbilisi və Rustavi ilə bağlı müvafiq qərar isə qarşıdakı günlərdə veriləcək", - deyə G. Qaxaria bildirib.

Qeyd edək ki aprelin 14-dən Gürcüstanın Tbilisi, Kutaisi, Batumi və Rustavi şəhərlərində sərbəst hərəkət məhdudlaşdırılıb.


Create Account



Log In Your Account