Apr 22 2020 12:48
Elshad Aliyev
Views: 70

Gürcüstanda koronavirusun yayılması riski ilə əlaqədar müntəzəm uçuşlara qoyulan məhdudiyyətin vaxtı mayın 22-dək uzadılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat yayıb. Bildirilib ki, bu barədə artıq hava yolu şirkətləri məlumatlandırılıb.

"Uçuşların bərpası ilə bağlı qərar Gürcüstanda epidemioloji vəziyyətdən asılı olacaq. Mövcud vəziyyəti nəzərə alaraq, vətəndaşları müntəzəm uçuşların bərpası ilə bağlı rəsmi açıqlama olmadan bilet almaqdan çəkinməyə çağırırıq”, - deyə agentlikdən bildirilib.


Create Account



Log In Your Account