Mar 16 2020 13:58
Elshad Aliyev
Views: 52

Gürcüstandan qayıdan çexiyalı turistdə koronavirus aşkarlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Ekaterine Tikaradze məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs martın 8-də ölkəsinə qayıdıb və müayinə zamanı onun xəstəliyə yoluxması təsdiqlənib.

Nazir qeyd edib ki, dağ kurort zonalarının vaxtından əvvəl bağlanması bu faktla əlaqədardır.


Create Account



Log In Your Account