Feb 19 2020 11:35
Elshad Aliyev
Views: 56

Bu ilin yanvar ayında Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 102 749,4 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin hesabat dövrü ilə müqayisədə 3,7% və ya 3 701,4 min dollar azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat ayında Gürcüstan Azərbaycandan 58 767,9 min dollarlıq mal və məhsul idxal edib ki, bu göstərici əvvəlki illə müqayisədə 9% azalıb. Azərbaycandan idxal Gürcüstanın hesabat dövründəki ümumi idxalının 9,5%-ni təşkil edib.

Yanvar ayında Gürcüstanın Azərbaycana ixracı isə 43 981,5 min dollara bərabər olub. Bu, 2019-cu ilin eyni ayı ilə müqayisədə 27,6% çoxdur. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 16,7%-ni təşkil edib.

Nəticədə, Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 14 786,4 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 50,9% azalıb. Ötən ilin yanvarında mənfi saldo 30 131,4 min dollara bərabər olub.


Create Account



Log In Your Account