Mar 12 2021 14:10
Bakhtiyar Hasanov
Views: 130

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqanla görüşüb.

CBC xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat xidmətindən bildirilib.

Tərəflər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlıq və ikitərəfli əməkdaşlığın gündəliyində duran əsas məsələləri müzakirə ediblər.

İ.Qaribaşvili Gürcüstanın suvenerliyi və ərazi bütövlüyü, həmçinin Avroatlantik qurumlara inteqrasiyasına göstərdiyi möhkəm dəstəyə görə Türkiyəyə təşəkkürünü bildirib.

Müzakirə zamanı iqtisadi əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Qeyd olunub ki, birgə regional layihələr səmərəli strateji tərəfdaşlığın, dayanıqlı inkişaf, Gürcüstan və Türkiyə arasında etibarlı əməkdaşlığın aydın nümunəsidir.

Görüşdə həmçinin COVID-19 pandemiyası ilə mübarizə, bu sahədə əməkdaşlıq və birgə səylər ətrafında da fikir mübadiləsi aparılıb.


Create Account



Log In Your Account