Apr 14 2020 18:11
Elshad Aliyev
Views: 167

Koronavirusun yayılması riski ilə əlaqədar Gürcüstanın Tbilisi, Rustavi, Batumi və Kutaisi kimi böyük şəhərlərinə giriş-çıxış 10 günlük bağlanır. 

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərar Gürcüstan höküməti tərəfindən qəbul edilib. Məhdudiyyətin 15 aprel saat 21:00-dan etibarən tətbiq ediləcəyi  bildirilib.

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria bildirib ki, ölkədə koronavirus riskinə görə elan edilmiş fövqəladə vəziyyət rejimi mayın 10-dək uzadılır: "Biz fövqəladə vəziyyət rejiminin mayın 10-dək uzadılması üçün Prezidenti ölkə parlamentinə müraciət etməyə çağırırıq”, - deyə Baş Nazir açıqlamasında bildirib.

Qeyd edək ki, qonşu ölkədə martın 21-də elan edilən fövqəladə vəziyyət aprelin 30-da başa çatmalı idi.


Create Account



Log In Your Account