Nov 28 2019 13:51
Elshad Aliyev
Views: 68

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Gürcüstana 1 310 631 ton təbii qaz  ixrac edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İdxal edilən təbii qazın ümumi dəyəri 217 076,2 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Gürcüstanın idxal etdiyi təbii qazın ümumi dəyəri 242 899,9 min dollar təşkil edib. Beləliklə, Azərbaycan yanvar-oktyabr ayları ərzində bu ölkənin təbii qaz tələbatının 89,4%-ni təmin edib.

Qeyd edək ki, illik müqayisədə Gürcüstanın təbii qaz idxalı 9,8% artıb və ümumi idxalın 3,3%-nə bərabər olub.


Create Account



Log In Your Account