Jun 10 2020 14:11
Elshad Aliyev
Views: 59

Bu gün Gürcüstan üçün fikir müxtəlifliyi və maraqlı, mütərəqqi ideyalar çox vacibdir. Bu ölkədə təkcə demokratiyanın deyil, iqtisadi inkişafı üçün də çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstanın sabiq Baş Naziri Georgi Kvirikaşvili söyləyib.

Gürcüstanda koalision hökumətin yaradılmasının tərəfdarı olduğunu vurğulayan Kvirikaşvili deyib: “Təkhakimiyyətlilik düzgün idarəçilik forması deyil. Koalision hökumət müxtəlif ideyalarla ölkəni daha çox qabağa apara bilər”.

Onun sözlərinə görə, bu heç də “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının hakimiyyətdən getməsi anlamına gəlməməlidir. Koalision hökumət indiki hakim partiya əsas fiqur olmaqla reallaşmalıdır.

“Düşünürəm ki, “Gürcü arzusu” siyasi arenanın tərk edib heç bir yana getməyəcək. Əlbəttə ki, getməməlidir. Ona görə ki, son 8 il ərzində “Gürcü arzusu” xalq və dövlət üçün çox yaxşı işlər görüb”, - deyə Kvirikaşvili vurğulayıb.


Create Account



Log In Your Account