Dec 19 2019 13:50
Elshad Aliyev
Views: 135

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Trunava Ermənistan kütləvi informasiya vasitələrində Batumi dəniz limanının Ermənistana satılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, nazir deyib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Nazirin sözlərinə görə, Batumi dəniz limanı dövlətə məxsus deyil və uzun müddətdir ki, Qazaxıstan şirkəti tərəfindən idarə edilir.

“Bu məlumat tamamilə qeyri-dəqiqdir. Uzun zamandır ki, Batumi limanı Qazaxıstan şirkəti tərəfindən idarə edilir. Biz Ermənistan tərəfinin maraq göstərməsi barədə məlumatlı deyilik. Belə bir şey olsaydı bizim xəbərimiz olardı. Hazırda liman dövlətə məxsus deyil və biz onu sata bilmərik ”, - deyə N. Trunava qeyd edib.


Create Account



Log In Your Account