Nov 21 2019 13:32
Elshad Aliyev
Views: 82

GUAM-a üzv ölkələrin Xarici İşlər nazirləri dekabrın 5-6-da Bratislavada keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində növbəti dəfə görüşəcəklər.

Bu barədə AZƏRTAC-a GUAM-ın Milli Əlaqələndiricilər Şurasından məlumat verilib.

İclasda GUAM formatında qarşılıqlı siyasi fəaliyyət, parlamentlərarası əməkdaşlığa dair kompleks tədbirlər, əlaqələrin inkişaf etdirilməsi, eləcə də digər tərəfdaş ölkələrlə münasibətlər və s. məsələlər müzakirə olunacaq.

Bundan başqa, GUAM-ın digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri də nəzərdən keçiriləcək.


Create Account



Log In Your Account