Jan 08 2019 15:40
Ferah Sabirqizi
Views: 154

Torpaq və bulaq suyunda rast gəlinən Acanthamoeba adlı parazit insan və heyvanlarda çox ciddi infeksiyalara səbəb ola bilir. Acanthamoeba parazitinin yaratdığı keratit xəstəliyi xüsusilə kontakt linza istifadəçilərində korluğa qədər gətirib çıxaran nəticə doğura bilər. 

Acanthamoeba keratit adı ilə tanınan AMİP, gözün korneasını zəbt etdikdə görmə qabiliyyətinin azalmasına və ya korluğa səbəb olur. Bu parazit linza və göz arasındakı boşluqda yaşaya bilir. Çox vaxt kontakt linza istifadəsi ilə əlaqəlidir. 

Odur ki, kontakt linzalar istifadədən öncə uyğun şəkildə dezinfeksiya olunmalı, üzgüçülük və ya sörfinqdən əvvəl çıxarılmalıdır. Bəzən kontakt linzadan istifadədən əvvəl və sonra əllərin lazımi şəkildə yuyulmur. Bəzən çox məqsədli linza məhlulları linzaları kifayət qədər dezinfeksiya etmir. Bu da infeksiya risklərini böyüdür. 
Acanthamoeba parazitinə qarşı alınacaq ən yaxşı tədbir, hidrogen peroksid əsaslı məhlullar istifadə etməkdir. 

Acanthamoeba necə yoluxur?

Xalq arasında “göz yeyən” parazit kimi tanınan Acanthamoebaya - kran suyu, hovuzlar, tozlu mühitlər, ümumi tualetlər, idman salonlarındakı duşlar və gigiyena qaydalarına riayət edilməyən hər məkanda bulaşmaq mümkündür. Acanthamoeba Parazitinin səbəb olduğu keratit hadisələrinə və göz infeksiyalarına dünyada nadir olaraq rast gəlinməsinə baxmayaraq hadisələrin 75 %-i korluqla nəticələnməkdədir.

Acanthamoeba parazitindən qorunmanın yolları nələrdir? 

- Kontakt Linzaları (rəngli linzalar) dostlarınızla paylaşmayın. 
- Əllərinizi tez-tez yuyun. 
- Hovuzda və dənizdə üzgüçü gözlüyündən istifadə edin.
 - Linzaya qulluq vasitələrində hidrogen peroksid tərkibli məhlullara üstünlük verin.
 - Kontakt linzaları təmiz saxlayın, vaxtında dəyişin. 
 - İstifadə müddəti bitmiş kontakt linzaları istifadə etməyin. 
- Ümumi tualet və duşlardan mümkün qədər istifadə etməyin.
 - Duş və yuyunma zamanı linzaları gözünüzdən çıxarın.
 - Kontakt linzalarla yatmayın. 

Aşağıdakı əlamətlərdən ən az ikisinə rast gəlinirsə, mütləq göz həkiminə müraciət edin: Davamlı olaraq gözlərdə qaşıntı, yüksək miqdarda sulanma, işığa qarşı həddindən artıq həssaslıq, üst göz qapaqlarında şişkinlik və gözlərdə ağrı hissi. 

“Göz yeyən” parazitin yaratdığı xəstəlik zamanı 3 həftəlik müalicə təyin olunur. Bu zaman gündə 20 dəqiqəlik fasilə ilə göz damcısından istifadə edilir. Şiddətli xəstəliklərdə isə kornea nəqli həyata keçirilir.

Acanthamoeba keratitinin müalicəsində poliheksametilen biguanid, propamidin isetionat və xlorheksidin ilə birlikdə propamidin, mikonazol nitrat və neomisin kombinasiyaları istifadə edilməkdədir. Xlorheksidin daha əvvəl bakteriya kondyunktivitində göz içində 0,1%-lik bir konsentrasiyada istifadə edilmişdir. 0,1%-lik xlorheksidin göz damlası bakteriya səbəbli Konyunktivit müalicəsində kafi müalicə variantı olduğundan, 1997-ci ildə istifadədən imtina edilmişdir. 
İndiki vaxtda Acanthamoeba keratitində 0,02 %-lik və 0,04 %-lük göz damcıları hələ də istifadə edilməkdədir. 0,02 %-lik xlorheksidin diglukonat ilə göz damlalarının hazırlanmasında, 20% nisbətində istifadə ediləcək xlorheksidin diglükonat qarışımının miqdarı nizamlanmalıdır.
 
Düsturda iştirak edən maddələr: Xlorhekzidin diglukonat- Chlorhexidin digluconat [INN; Kvo-EU] - Chlorhexidine digluconate [INCI]: İngilis Farmakopeyasına (BP) görə xlorheksidin glukonat məhlulu rəngsiz və ya açıq sarı rəngli bir mayedir. Glasiyal sirkə turşu ilə və su ilə qarışa bilər. Susuz spirt ilə həmçinin beş qatı qədər nisbətdə qarışa bilər. Spirt və asetonda həll olunur. 5%-lik kommersiya məhlulları seyrəldikdə çökməyə maneə törətmək üçün noniyonik surfakdan daxildir. Bu tip məhlullar bədən boşluqlarında istifadə edilməyə uyğun deyil. Bu məqsədlə 20 %-lik konsentrasiya məhlulları hazırlanmalıdır. Ticarət məqsədli konsentrasiya məhlulları avtoklavda sterilizə edilə bilər.

Xlorheksidin bisbiguanid quruluşlu aktual olaraq istifadə edilən bir antiseptik dezinfeksiya məhluludur. Gingivit və periodontit müalicəsində ağız suyu, cərrahi dezinfeksiya, səhiyyə işçilərinin əl təmizliyi, cərrahi müdaxilələrdən əvvəl dərinin hazırlanması, dəri yaralarının təmizliyi, ümumi təmizləyici və üzdəki qara nöqtələrin (uqri) müalicəsi üçün istifadə edilə bilər. Xlorheksidinin istifadə edildiyi digər göstəricilər ağız infeksiyaları, taxma diş stomatit, stomatit xorası və kəskin gingivitin müalicəsidir. Xlorheksidin ehtiva edən ağız suları kimyaterapiya tətbiq olunan xəstələrin profilaktika və müalicəsində istifadə olunur. Xlorheksidin venadaxili kateter, aktual antimikrobik dəri sarğıları və dəyişik cərrahi vəsaitlərə də qatılır. Xlorheksidin glukonat işıqdan qorunaraq saxlanmalıdır.

Düsturun hazırlanması: Bu hazırlanma aseptik şəraitdə bir əczaçı tərəfindən, təmiz bir otaqda laminer hava axını kabinində və ya izolyasiya baryeri texnologiyası ilə aseptik birləşdirmə texnikasına görə hazırlanmalıdır. Bu yüksək riskli bir preparattır. Hazırlanacaq miqdar üçün hər bir komponentin miqdarı hesablanır. Aseptik olaraq, xlorheksidin glukonat doğru bir şəkildə hesablanaraq vurulub steril su əlavə olunaraq istənilən həcmdə tamamlanır və yaxşıca qarışdırılır. Steril bir qab içinə membran filtrdən süzülür. Paketlənərək etiketlənir.

Əczaçı Həlimə Şıxmədova

 


Create Account



Log In Your Account