Nov 01 2019 16:20
Elshad Aliyev
Views: 50

Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötükcəsi Alban Klod noyabrın 1-də AMEA Şərqşünaslıq İnstitutunda olub.

A.Klod Şərqşünaslıq İnstitutununu direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Görüşdə Şərqşünaslıq İnstiturunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi və AMEA Tarix institutununu aparıcı elmi içisi. tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova iştirak ediblər.

A.Klod Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıxın nəticəsidir. O, həmçinin ana tərəfdən Qacar hökmdarı Fətəli şahın nəvəsi, vəliəhd Abbas Mirzənin oğlu Bəhmən Mirzənin, eləcə də görkəmli Azərbaycan yazıçısı Mirzə Fətəli Axundovun nəslindəndir.

Görüşdə Hacı Zeynalabdin Tağıyevin xalqımız üçün gördüyü işlərdən, onun və ailəsinin acı taleyindən, həmçinin A.Klodun nəsillərini davam etdirdiyi digər görkəmli şəxsiyyətlərimizdən söhbət aparılıb.

A.Klod özü Fransada yaşayır və orada tarix üzrə təhsil alıb. Görüşdə ona Hacı Zeynalabdin Tağıyev, eləcə də Qacarlar barədə elmi araşdırmalar aparması tövsiyə olunub. Bildirilib ki, Qacarlarla bağlı tədqiqatların aparılmasında məhz Şərqşünaslıq İnstitutunun ona böyük dəstəyi ola bilər. Ümumiyyətlə, Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq hər iki tərəfə faydalı ola bilər.

Şərqşünaslıq İnstitutunda görüşdən çox məmnun qaldığını bildirən A.Klod gələcək tədqiqatlarında şərqşünas alimlərdən dəstək ala biləcəyinə görə çox sevindiyini qeyd edib.


Create Account



Log In Your Account