Dec 25 2019 11:25
Elshad Aliyev
Views: 90

Dekabrın 25-də Hacıqabul rayonunda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, ikin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 10:49-da Qobustan stansiyasından 36 km cənub-qərbdə Hacıqabul ərazisində qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 5 km olub. 

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, dekabrın 24-də Hacıqabulda iki zəlzələ olub.


Create Account



Log In Your Account