Jan 20 2017 15:21
Ulviyye Sabirqizi
Views: 1598

Türkiyənin Antalya bölgəsində qış hazırlığını davam etdirən azərbaycanlı futbol hakimləri bu gün daha 4 oyun idarə edəcək.

CBC-nin Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, hakimlər Bolqarıstan, Qazaxıstan, Özbəkistan və Almaniya klublarının oyununda olacaq.

20 yanvar:

"Slaviya" (Bolqarıstan) – "Irtış" (Qazaxıstan)
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vaqif Musayev
"Okjetpes" (Qazaxıstan) – "Montana" (Bolqarıstan)
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Elşad Abdullayev
"Şaxtyor" (Qazaxıstan) - "Nasaf" (Özbəkistan)
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, Mehman Mahmudov
"Akjayık" (Qazaxıstan) – "SV Meppen" (Almaniya)

Hakimlər: Kərim Kərimov, Mübariz Haşımov, Zeynal Zeynalov

Qeyd edək ki, hakimlər ayın 11-dən start götürən təlim-məşq toplanışında bu günədək 26 oyun idarə edib.

 


Create Account



Log In Your Account