Feb 20 2020 13:06
Elshad Aliyev
Views: 56

Almaniyanın federal prokuroru elan edib ki, dünən Hanauda baş vermiş gülləbaranın araşdırılmasını öz üzərinə götürür.

AZƏRTAC xəbər verir ki, cinayətə aidiyyəti olan məktubun və videomüraciətin olması barədə ilkin məlumat yayılıb. Bu faktın təfərrüatı hələlik acılanmır, lakin məlumdur ki, bu iki sənəd atəşaçma hadisəsinin ölkədəki ifrat sağçı qüvvələrin fəaliyyəti ilə bağlı olduğunu göstərir.

Mənzildə aşkar edilmiş ölülərdən birinin cinayətkar olması barədə şübhələr hadisə ilə bağlı ortaya çıxan hər yeni detalla daha da güclənir.


Create Account



Log In Your Account