Dec 28 2018 13:31
Ferah Sabirqizi
Views: 130

Bayram günlərində 2018-ci il dekabrın 31-də və 2019-cu il yanvarın 1-nə olan ilkin hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 31-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.  Şimal küləyi əsəcək.

Havanın temperaturu  gündüz 7-10, 31-dən  yanvarın 01-nə keçən gecə 2 dərəcəyə yaxın olacaq.

Yanvarın 1-də gün ərzində mülayim, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.


Create Account



Log In Your Account