Jun 14 2017 13:35
Naile Hesenova
Views: 1209

İyunun 15-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.
 
Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 16-18° isti, gündüz  25-30° isti, Bakıda gecə  16-18° isti, gündüz  27-29° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək.
 
Nisbi rütubət  75-85 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19° isti, gündüz  26-31° isti, dağlarda gecə 9-14° isti,  gündüz 15-20° isti olacağı gözlənilir.  
 
İyunun 15-dən 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.   

 


Create Account



Log In Your Account