Feb 14 2017 14:00
Ulviyye Sabirqizi
Views: 1652

Bakı və Abşeron yarımadasında fevralın 15-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.

Arabir güclənən cənub-qərb küləyi axşam mülayim  şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən CBC-yə verilən məlumata görə, havanın temperaturunun gecə 2° şaxtadan 1°-dək isti, gündüz 4-7° isti, Bakıda gecə 1°-dək şaxta, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 766  mm civə sütunundan 759  mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 75-85 %, gündüz  60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 15-də Abşeron yarımadasında gün ərzində arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

 


Create Account



Log In Your Account