Feb 03 2017 14:15
Ulviyye Sabirqizi
Views: 1592

Fevralın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən CBC-yə bildirilib ki, səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 5-7° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı  yerlərdə duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

 


Create Account



Log In Your Account