Jan 18 2017 13:58
Ulviyye Sabirqizi
Views: 1687

Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı,  yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.Azərbaycanın bəzi rayonlarında yanvarın 19-20-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Bakıda yanvarın 19-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 6-8, Bakıda gecə 3-5, gündüz  6-8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 80-90 faiz  təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta,  gündüz 0-5 dərəcə isti olacaq.  

 

 

 


Create Account



Log In Your Account