Jun 04 2020 18:07
Elshad Aliyev
Views: 134

Hazırda dünyada 7 milyonadək insan koronavirusa yoluxub. Onlardan 400 minə qədəri vəfat edib. COVID-19 virusunun peyvəndi bu günədək tapılmadığından dünya dövlətləri tərəfindən davamlı preventiv tədbirlər həyata keçirilməkdədir.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O, həmçinin bildirib ki, son günlər mövcud karantin rejimi qaydalarının əhali tərəfindən kütləvi surətdə pozulması bir sıra bölgələrdə sanitar-epidemioloji vəziyyətə ciddi təsir göstərib və virusa yoluxanların sayı artıb. Ona görə də COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb.

 


Create Account



Log In Your Account