May 08 2020 14:05
Elshad Aliyev
Views: 47

COVID-19 pandemiyası ilə əlaqədar hazırda Türkiyədə 17 min 506 nəfər karantində saxlanılır. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlu bildirib.

Qeyd edilib ki, dünyanın 89 ölkəsindən gələn bu şəxslər Türkiyənin 76 şəhərindəki tələbə yataqxanalarında yerləşdiriliblər. İndiyədək karantində olan 51 min 747 vətəndaş isə evə buraxılıb.

Nazir xəstəliklə mübarizə aparan bütün səhiyyə işçilərinə və sosial məsafə qaydalarına riayət edən vətəndaşlara minnətdarlığını bildirib.


Create Account



Log In Your Account