Dec 16 2019 16:36
Elshad Aliyev
Views: 133

Oğlum Natiq 1992-ci ildə Milli Ordu sıralarına daxil olmuşdu. 1993-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Onda onun cəmi 19 yaşı var idi…

Yevlax rayon sakini Hidayət Abdullayev AZƏRTAC-ın müxbiri ilə söhbətinə Natiqin keçdiyi döyüş yolunu xatırlamaqla başlayıb.

Ömrünün ixtiyar çağlarını yaşayan ata bu yaxınlarda onun ailəsinə təqdim olunan üç otaqdan ibarət fərdi mənzilə görə Prezident İlham Əliyevə öz minnətdarlığını ifadə edib: “Vətəni müqəddəsləşdirən, onu bizə sevdirən həm də üzərinə tökülən şəhid qanıdır. Natiqin itkisi bir ata kimi məni necə göynədirsə, müqəddəs yolda şəhid olması bir o qədər qürrələndirir, qəlbimi iftixar hissi ilə doldurur. Çox yaxşı haldır ki, dövlət bu yolda canını qurban verən öz layiqli övladlarının xatirəsini həmişə uca tutur, onların adını unutmur, ailə üzvlərini köməksiz qoymur. Bu il ərzində iki dəfə şəhid ailələrinə ödənilən müavinətin məbləğinin artırılması da bunun daha bir ifadəsidir. Əmək və Sosial Müdafiə Nazirliyinin bizə təqdim etdiyi fərdi mənzil bu təbəqədən olanlara göstərilən daha bir qayğıdır. Oğlum Namiq, gəlinim və iki nəvəmlə yaxın vaxtlarda həmin mənzilə köçəcəyik.

Ailəmizdə böyüyən oğul nəvələrimə də əmilərinin şücaəti, döyüş yolu haqqında danışır, onları hərbi-vətənpərvərlik ruhunda tərbiyə etməyə çalışıram. Dövlət də özünün bu qayğısı ilə gənc nəsil arasında formalaşan həmin hissi da gücləndirir. İndi bizi narahat edən bir məsələ var ki, o da Natiqin uğrunda qurban getdiyi Vətən torpağının yağı düşmənin tapdağı altından xilas edilməsidir. Azərbaycan ordusunun həmin zəfər yürüşünün yolunu səbirsizliklə gözləyirik…”.

 


Create Account



Log In Your Account