Apr 14 2017 16:35
Ulviyye Sabirqizi
Views: 184

Milli Məclisdə Hesablama Palatasının 2016-cı ildəki fəaliyyətlə bağlı hesabatı açıqlandı. 

Palatanın sədri Vüqar Gülməmmədov bildirdi ki, hesabat ilində dövlət büdcəsinin gəlirlərini əhatə edən 8 tədbir, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə  2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 audit keçirilib. 

Ümumilikdə, 155 qurumun işi  auditlə əhatə edilib. Bu zaman auditlərlə əhatə edilmiş vəsaitin məbləği 5,6 milyard manat təşkil edib. Auditin 32-si Bakıda, 30-u ölkənin ayrı-ayrı şəhər və rayonlarında, 3-ü isə xarici ölkədə yerləşən diplomatik korpusda həyata keçirilib:

“Ümumilikdə, 8 istiqamət üzrə 825 halda nöqsan müəyyən edilibr. Yol verilmiş nöqsan və pozuntuların ümumi məbləğinin 21,0%-i büdcə qanunvericiliyinin pozulması halları, 25,8%-i əsaslı xərclər üzrə, 20,2%-i mühasibat uçotu və hesabatlılıq ilə bağlı, 12,7%-i dövlət borcu üzrə, 12,5%-i vergi qanunvericiliyinin pozulması, 7,7%-i dövlət satınalmaları ilə bağlı olmuş və 0,1%-ni digər sahələr təşkil edib. Aparılmış təhlillər və müşahidələr göstərir ki, həm say, həm də məbləğdə xüsusi çəkisinə görə əsaslı təmir-tikinti işlərinin yerinə yetirilməsində, mühasibat uçotunun təşkili və hesabatlılığın təmin edilməsində, büdcə qanunvericiliyinin tələblərinə riayət olunmasında və satınalmaların keçirilməsində yol verilmiş nöqsanlar xüsusilə seçilir. Hesablama Palatası vəsaitin təyinatının dəyişdirilməsi hallarını hesabat ilində əsasən üç istiqamət üzrə qruplaşdırmışdır və diqqətə çatdırım ki,  ümumilikdə 53,4 mln. manat məbləğində vəsaitin təyinatının dəyişdirildiyi müəyyən olunub”.

Hesabama Platası bildirir ki, qurumlar 82,9 milyon manat məbləğində vəsaitdən səmərəsiz istifadə ediblər. Digər tərəfdən, bəzi qurumlar nöqsanlara və pozuntulara  yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri görməyib. Onlara qarşı sərt davranılmayıb.

Hesabatla bağlı fikirlərini bölüşən millət vəkilləri   məruzəni müsbət qiymətləndirsələr də, iradlarını da bildirdilər.

Müzakirələrdən sonra Hesablama Palatasının ötən ilki fəaliyyəti ilə bağlı hesabatı təsdiqlənib. 


Create Account



Log In Your Account