Apr 21 2020 12:18
Elshad Aliyev
Views: 71

Rusiyanın “TurStat” turizm portalı MDB ölkələrinin ziyarətlər, onlayn-turlar və virtual ekskursiyalar üçün populyar olan ən yaxşı muzeylərinin və müasir incəsənət mərkəzlərinin reytinqini təqdim edib.

AZƏRTAC xəbər verir ki, MDB-nin ən yaxşı müasir incəsənət mərkəzlərinin ilk beşliyində Minskdəki Belarus Respublikası Milli Müasir İncəsənət Mərkəzi, Bakıdakı Heydər Əliyev Mərkəzi, Nur-Sultandakı Sülh və Həmrəylik Sarayı (Piramida) və digərləri yer alıb.

Reytinq muzeylərin populyarlığı, virtual turlar və muzey ekspozisiyaları üzrə ekskursiyaların təklifi baxımından aparılan tədqiqatların nəticələri əsasında tərtib edilib.

Rusiyada “Qaraj” muzeyi və Moskva Müasir İncəsənət Mərkəzi liderdir.


Create Account



Log In Your Account