Jun 26 2020 14:20
Elshad Aliyev
Views: 441

Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan konsert proqramı hazırlanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyan, təhlükəsizliyini və müdafiəsini təmin edən Silahlı Qüvvələrin yaradılmasının 102-ci ildönümünə həsr olunan proqramın çəkilişləri Mərkəzin interyer və eksteryerində, tamaşaçıların iştirakı olmadan aparılıb.

Konsertdə Xalq artistləri Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Əməkdar artistlər Manana Caparidze, Lalə Məmmədova, Nurlan Növrəsli, tanınmış müğənnilər Samirə Allahverdiyeva, Sevda Yəhyayeva, Günay İbrahimli, Ayaz Qasımov, Elnur Məmmədov və Elçin Cəfərov vətənpərvərlik mahnıları təqdim ediblər.

Proqramda Silahlı Qüvvələrin tərkib hissəsi olan Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin nümayəndələrinin, Qarabağ müharibəsi iştirakçısının fikirləri də əksini tapıb.

Konsert iyunun 26-da saat 21:30-da Azərbaycan Televiziyasında (AZTV) və İctimai Televiziyada yayımlanacaq.

 


Create Account



Log In Your Account