Jun 26 2017 14:32
Naile Hesenova
Views: 639

İyunun 25-də Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında şahmat turniri keçirilib.
Trend-in məlumatına görə, turnirdə 5-16 yaşlı şahmatçılar iştirak edib. İki saatdan artıq davam edən turnirdə əvvəlcədən qeydiyyatdan keçərək 100 iştirakçı yarışıb.
Turnirə beynəlxalq dərəcəli hakim Ülkər Umudova və «Ağ At» şahmat klubunun müəllimləri nəzarət edib.
Turnirin qalibləri: 1-ci yer Kanlı Alperen, 2-ci yer İzzət Quliyev, 3-cü yer İsmayıl Qurbanov.
Qaliblər sertifikat və medallarla təltif olunub.
Tədbirin məqsədi uşaq və yeniyetmələrin, şahmatsevərlərin açıq havada səmərəli asudə vaxtının təşkilidir.

 

 

 


Create Account



Log In Your Account