Dec 29 2019 10:59
Elshad Aliyev
Views: 99

Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, prospektin yan yolunun sözügedən əraziyə düşən hissəsində, Koroğlu metrostansiyası istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya bildirilib ki, məhdudlaşma 30 dekabr saat 10:00-dan 3 gün müddətinə tətbiq ediləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun prospektin əsas yolundan istifadə etmələri tövsiyə edilir.

Agentlik vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.

 


Create Account



Log In Your Account