May 08 2020 14:24
Elshad Aliyev
Views: 67

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) “Heydər Əliyev və Azərbaycanın milli inkişaf strategiyası” mövzusunda onlayn elmi konfrans keçirib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə keçirilən konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov çıxış edib. O, Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərini xatırladıb. Qeyd edib ki, Azərbaycanın müasir tarixində Heydər Əliyevin müstəsna xidmətləri, onun irsi hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq, Azərbaycan adı yaşadıqca, o da daim xalqımızın yaddaşında, ürəklərdə yaşayacaq. Rektor Urxan Ələkbərov Heydər Əliyevin ölkəmizin uğurlu inkişafı sahəsində əsasını qoyduğu möhtəşəm layihələrin Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirildiyini diqqətə çatdırıb.

Onlayn konfransda Milli Məclisin deputatı, Dövlət İdarəçilik Akademiyasının “Siyasi araşdırmalar institutu”nun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov “Heydər Əliyev irsi və müasirləşən Azərbaycan”, Milli Məclisin deputatı Məzahir Əfəndiyev “Müasir Azərbaycanın beynəlxalq ictimaiyyətə inteqrasiyasının əsası Ulu Öndər tərəfindən qoyulub”, DİA Siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov “Heydər Əliyev - Azərbaycanın milli maraqlarını hər zaman uca tutan dahi lider” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətindən, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan danışılıb, onun parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlaması, Vətən və xalq qarşısında xidmətləri xatırlanıb.


Create Account



Log In Your Account