Aug 03 2020 17:42
Elshad Aliyev
Views: 158

“BMT Baş Assambleyasının xüsusi sessiyası 1 günlük tədbir deyil. Bu sessiya 1 il də davam edə bilər”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu sessiyanın gündəliyi artıq müəyyənləşib: “Xüsusi sessiyanın gündəliyi bilavasitə COVİD-19-a həsr olunub. Artıq BMT Baş Assambleyasının prezidenti tərəfindən aidiyyəti işlər aparılmaqdadır”.


Create Account



Log In Your Account