Apr 29 2020 15:31
Elshad Aliyev
Views: 58

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton sabiq vitse-prezident Co Baydenin ABŞ prezidenti vəzifəsinə namizədliyini rəsmən dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, Klinton öz dəstəyini Baydenin seçkiqabağı kampaniyası çərçivəsində demokratlarla virtual görüşündə ifadə edib. Hillari həmin görüşdə xüsusi qonaq kimi COVİD-19-un qadınlara təsiri barədə nitqlə çıxış edib.

Klinton Baydenə deyib: “Sizin kampaniyanızda ... həm sizi dəstəkləmək, həm də builki prezident seçkilərində müzakirə edilən bir sıra mühüm məsələlərin işıqlandırılmasına kömək məqsədilə iştirak etməyimə çox şadam”.

Xatırladaq ki, 2016-cı ildə Hillari Klintonun seçkiqabağı kampaniyasında Bayden də onu dəstəkləmişdi.


Create Account



Log In Your Account