Mar 11 2017 15:37
Ulviyye Sabirqizi
Views: 1231

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır.

CBC xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, həmsədrlər hazırda fəaliyyətlərini yüksək səviyyəli görüşün reallaşdırılmasına cəmləşdiriblər. R.Hoqland vurğulayıb ki, hər üç həmsədr münaqişənin hərbi yolla həllinin mümkün olmadığını hesab edir.

R. Hoqlandın fikrincə, 25 il ərzində diplomatik fəaliyyət faciəvi hadisələrin qarşısını alıb: "25 il ərzində danışıqlar nəticəsiz qalsa da, diplomatik fəaliyyətin məqsədi həll üçün müəyyən şəraitin yaradılmasıdır. Hər 3 ölkə höküməti və həmsədrlər münaqişə tərəfləri siyasi iradə ortaya qoyanadək səylərini davam etdirəcək".

 


Create Account



Log In Your Account