Dec 19 2019 13:42
Elshad Aliyev
Views: 132

Hindistanda Rusiya ilə müştərək müəssisədə istehsal olunan “BrahMos” səsdən sürətli qanadlı raketin uğurlu sınaqları keçirilib.

AZƏRTAC xəbər verir ki, sınaqların kadrları Hindistan Hərbi Hava Qüvvələrinin rəsmi “Twitter” səhifəsində yerləşdirilib. Su-30 qırıcı təyyarəsindən atılan “hava-yer” sinfinə aid raket Odişa ştatı sahillərindəki hədəfi vurub.

Raketin sürəti səs sürətindən 2,5-2,8 dəfə çoxdur. O, müxtəlif yerlərdən – sualtı qayıqlardan, gəmilərdən, sahil qurğularından, həmçinin təyyarələrdən atıla bilər.

Qeyd edək ki, 1998-ci ildə əsası qoyulan “BrahMos” Hindistan-Rusiya müştərək müəssisəsi Brahmaputra və Moskva çaylarının şərəfinə adlandırılıb. O, eyniadlı qanadlı raketlər, raket qurğuları, həmçinin raket idarəetmə sistemləri istehsal edir.


Create Account



Log In Your Account