May 24 2021 12:03
Elshad Aliyev
Views: 89

Hindistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 222 315 yoluxma halı qeydə alınıb, 4 454 nəfər ölüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 26 752 447, xəstəlikdən ölənlərin sayı isə 303 720 nəfərə çatıb.

 


Create Account



Log In Your Account